Çingiz Əhmədovun kökəlməsinin səbəbi “Coca-Cola” imiş
Gündəm
Çingiz Əhmədovun 10 kiloqram kökəlməsinin maraqlı səbəbi üzə çıxdı!
Əməkdar artist Çingiz Əhmədovun xeyli çəki almasının səbəbi maraq doğurub. Məlum olub ki, aktyorun çəkisinin 8-10 kiloqram artması vaxtilə reklam etdiyi “Coca-Cola” ilə bağlı olub.
Aktyor mətbəx verilişində aparıcılıq etdiyi dövrdə bu içkinin reklamını edib. O, artıq çəkidən qurtulmağın asan olmadığını, əvvəlki formasına qayıtmaq üçün düz bir il əziyyət çəkdiyini bildirib.
“Arıqlamaq mənə ağır başa gəldi. Bir ilə güclə arıqladım. İndi özümü rahat hiss edirəm”, – deyə Çingiz Əhmədov qeyd edib.
Əməkdar artist noyabr ayında yeni televiziya layihəsi ilə tamaşaçıların qarşısına çıxacağını da açıqlayıb.
‼️ Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin!
#ÇingizƏhmədov #ŞouBiznes #Məşhurlar #Televiziya #Expressxeberler #Expressxeberler.az



