Barışdıqlarını belə göstərdilər
Gündəm
Bir müddət əvvəl aralarında qalmaqal yaşanan “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayevlə Xalq artisti Röya Ayxan bir araya gəliblər.
Expressxeberler.az xəbər verir ki, onlar “44” bədii filminin qala gecəsində görüşüblər. Həmin anları prodüser Tarix Əliyev sosial şəbəkə hesabında paylaşıb. Tərəflər aralarındakı incikliyə son qoyduqlarını bildiriblər.
Qeyd edək ki, Röya Ayxanla Ayaz Salayev arasında Kann Film Festivalı ərəfəsində qalmaqal yaşanmışdı. Belə ki, müğənninin festivala yollanması ilə bağlı açıqlama verən Salayev hər kəsin ora gedə biləcəyini bildirmişdi. Bu sözlər Röya Ayxanın narazılığına səbəb olmuş və sənətçi məsələyə sərt reaksiya vermişdi.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



