İlk dəfə boşanma səbəbini açıqladı
Gündəm
Türkiyəli aktrisa Pelin Karahan iş adamı Bedri Güntayla 12 illik evliliyini bitirməsinin səbəbini ilk dəfə açıqlayıb.
Expressxeberler.az xəbər verir ki, aktrisa bu barədə qatıldığı televiziya proqramlarından birində danışıb.
“Xoşbəxt olmayan bir evliliyi davam etdirməkdənsə, ayrılmağı seçdim. Boşanmanın gözəli olmur, amma yaxşı ayrılıq bədbəxt evlilikdən daha yaxşıdır”, – deyə sənətçi bildirib.
Qeyd edək ki, Pelin Karahan və Bedri Güntay 2014-cü ildə ailə qurublar. Aktrisa ötən ilin aprelində boşanıb. Cütlüyün iki oğlu var.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
132
baxış



