Məktəbdəki yanğına görə 6 nəfər saxlanıldı – Beşi şagirddir-FOTO
Gündəm
Yasamalda məktəbdə yanğın törətməyə cəhd: 6 nəfər saxlanıldı
Expressxeberler.az xəbər verir ki, oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərdən birində yanğın törətməyə cəhd göstərilib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən 6 nəfər saxlanılıb. Onlardan birinin əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, digər 5 nəfərin isə həmin məktəbin 10 və 11-ci sinif şagirdləri olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda araşdırma davam etdirilir.
Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin!
236
baxış



