“İstedadlı insanlar qapı arxasında qalıb”
Gündəm
Əməkdar artist Əkbər Əlizadə sənət aləmində istedadlı insanların diqqətdən kənarda qalmasından danışıb.
Expressxeberler.az xəbər verir ki, aktyor bu barədə “Sevilən səhər” proqramında danışıb. O bildirib ki, bəzən maddiyyat sevgi, sənət və insanlıqdan üstün tutulur.
“İstedadlı insanlar çoxdur, amma qapı arxasında qalıblar. Maddiyyat sevgini, sənəti, insanlığı üstələyir. Amma Azərbaycan istedadları tükənməzdir. Kiminsə istedadı aşıb-daşırsa, mütləq bir yerdən vurub çıxacaq”, – deyə aktyor bildirib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
47
baxış



