30 milyardlıq yeyintiyə görə “Halk TV”də əməliyyat – 11 nəfər saxlanıldı

IMG_0949 Gündəm
10:40 Expressxeberler.az

Mahiroğlu ilə bağlı istintaq çərçivəsində kanalın İstanbul ofisində axtarış aparılıb, 17 şübhəli barəsində saxlanılma qərarı verilib.

Expressxeberler.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasına əsasən, əməliyyat zamanı 11 nəfər saxlanılıb. Dörd şübhəlinin xaricdə olduğu, birinin isə həbsdə olduğu müəyyən edilib. Digər şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Cafer Mahiroğlu barəsində rüşvət, tender proseslərinə müdaxilə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması iddiaları üzrə istintaq aparılır.

İş çərçivəsində əlaqəli olduğu bildirilən şirkətlərə əl qoyulması və Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun (TMSF) həmin şirkətlərə qəyyum təyin edilməsi barədə qərar qəbul olunub.

Prokurorluğun məlumatına görə, tender prosesləri ilə bağlı 14 milyon 464 min lirə məbləğində qeydə alınmamış rüşvət ödənişinin edildiyi, bəzi işlərdə isə tender məbləğlərindən daha yüksək ödənişlərin həyata keçirildiyi iddia olunur.

İstintaq materiallarında şirkətlərlə əlaqəli maliyyə əməliyyatlarının ümumi həcminin 30 milyard lirəni, yəni təxminən 1 milyard manatı keçdiyi də bildirilir.

Qeyd edək ki, irəli sürülən iddialarla bağlı istintaq davam edir.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

147 baxış
Paylaş: