“Uşaqlarımızın təhsili heç bir təxribat vasitəsinə çevrilməməlidir”

IMG_0961 Gündəm
19:27 Expressxeberler.az

Xalq artisti Aygün Kazımova məktəblərdə vahid geyim qaydaları ilə bağlı paylaşım edib.

Expressxeberler.az xəbər verir ki, pop diva məsələ ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb.

O, paylaşımında cəmiyyətdə qarşıdurma yaradılmasının yolverilməz olduğunu vurğulayıb.

“Məktəblərdə vahid geyim qaydalarını dini inanclara qarşı addım kimi təqdim etmək, bu məsələ üzərindən cəmiyyətdə qarşıdurma yaratmaq yolverilməzdir. Uşaqlarımızın təhsili heç bir siyasi marağın və təxribatın vasitəsinə çevrilməməlidir.

Vətən müharibəsində həmrəyliyimiz və dövlətimizə bağlılığımızla nümunə olduq. Bu gün də həmin birliyi qorumaq hər birimizin borcudur. Uşaqlarımıza verəcəyimiz sağlam gələcək, dövlətimizin bütövlüyü və birliyimizlə nümunə olaq”, – deyə Aygün Kazımova qeyd edib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

72 baxış
Paylaş: