“313 Team” kiberhücuma görə məsuliyyəti üzərinə götürdü
Sosial
Expressxeberler.az xəbər verir ki, qruplaşma bu barədə özünün “Telegram” kanalında məlumat yayıb.
Qruplaşma kiberhücumun intensivliyinin saniyədə 2,5 terabitdən artıq olduğunu bəyan edib.
Qeyd edək ki, “Team 313”, “313 Team Hack Team” və ya “İslam Kibermüqaviməti” adları ilə tanınan qruplaşmanın İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə əlaqəli olduğu ehtimal edilir. Qruplaşmanın simvolik adı 1969-cu ildə Naci əl-Əli tərəfindən yaradılmış fələstinli siyasi karikatura personajına istinad edir.
Bu qruplaşma ilk dəfə 2023-cü ilin dekabrında, Qəzzada münaqişənin başlamasından qısa müddət sonra müşahidə edilib.
“HawkEye”ın sənədləşdirilmiş əvvəlki hücumları arasında 2025-ci ilin iyununda “Truth Social” platformasına qarşı DDoS kampaniyası, 2023-cü ilin dekabrında Səudiyyə Ərəbistanının “Absher” platformasına qarşı uzunmüddətli hücum, 2026-cı ilin fevralında Küveyt hökumətinin 26 IP ünvanını hədəf alan əməliyyat və həmin ilin martında Fars körfəzi ölkələrinə qarşı koordinasiyalı kampaniya yer alır.
Xatırladaq ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu gün yaydığı məlumatda xarici haker qruplaşmasının həyata keçirdiyi kiberhücum nəticəsində Azərbaycanın bir sıra dövlət orqanlarının internet resurslarının fəaliyyətində fasilələrin yarandığını bildirib.
Qurumun məlumatına görə, görülən müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



