Derimod”un “Vision 2030” yolunda yeni mərhələ

IMG_0971 Gündəm
19:43 Expressxeberler.az

Türkiyənin məşhur brendi Azərbaycanda fəaliyyətini genişləndirir

Türkiyənin dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarında bazar liderlərindən biri olan “Derimod” 50 ildən artıq brend tarixini və pərakəndə satış təcrübəsini beynəlxalq böyümə strategiyası çərçivəsində inkişaf etdirir.

Expressxeberler.az xəbər verir ki, brend “Vision 2030” strategiyası çərçivəsində Azərbaycanı prioritet bazarlarından biri kimi müəyyənləşdirib. Bu istiqamətdə Bakıda fəaliyyət göstərən dörd mağazası ilə yeni mərhələyə qədəm qoyub.

Türkiyədə formalaşdırdığı güclü brend imicini, geniş məhsul çeşidini və əməliyyat təcrübəsini xarici bazarlara daşıyan “Derimod” seçici və nəzarətli böyümə strategiyasına üstünlük verir. Azərbaycan isə mədəni yaxınlıq, oxşar istehlak vərdişləri və brendin tanınması baxımından şirkətin strateji bazarları sırasında yer alır.

“Derimod” Bakının Gənclik Mall, Crescent Mall, Dəniz Mall və City Park Mall ticarət mərkəzlərində yerləşən dörd mağazası ilə ölkədə pərakəndə satış şəbəkəsini qurub. Şirkət bu investisiyanı tamamilə öz vəsaiti hesabına həyata keçirib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

 

165 baxış
Paylaş: