Bu evlərə KUPÇA verilməyəcək

IMG_1084 Cəmiyyət
08:18 Expressxeberler.az

Bu evlərə kupça verilməyəcək!

Azərbaycan qanunvericiliyinə əsasən, bəzi fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması və çıxarışla təmin edilməsi mümkün deyil.

Bura yüksək gərginlikli elektrik xətlərinin, neft-qaz boru kəmərlərinin və dəmir yollarının mühafizə zonalarında yerləşən evlər, təyinatı yaşayış olmayan torpaqlarda tikilən qanunsuz evlər, təhlükəli ərazilərdəki tikililər və dövlət və ya bələdiyyə torpaqlarının qanunsuz zəbt edilməsi nəticəsində inşa olunan evlər daxildir.

Şəhərsalma və tikinti normalarını pozan, insan həyatı üçün təhlükə yaradan tikililərin sənədləşdirilməsində də ciddi məhdudiyyətlər mövcuddur.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler #Expressxeberler.az

411 baxış
Paylaş: