Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Gündəm
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs olunub.
Expressxeberler.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən Oqtay Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum edilib.
Qeyd edək ki, tərəflər arasında bundan əvvəl də hüquqi mübahisələr yaşanıb. Təxminən bir il əvvəl Oqtay Əhmədovun TikTok və Instagram platformalarında açdığı canlı yayımlarda Aysel Şükürova haqqında təhqir və böhtan xarakterli ifadələr səsləndirdiyi iddia olunub.
Həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə hüquqi proses aparılıb. Aprel ayında bu iş üzrə də cəza tətbiq edilib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



