“Tesla” uça bilən avtomobilini təqdim etdi
Gündəm
Expressxeberler.az xəbər verir ki, görüntülər “Tesla”nın “X” hesabında paylaşılıb.
Təqdimat “SpaceX” şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonunda baş tutub.
“Mən çox şey görmüşəm, amma beləsini heç vaxt görməmişdim”, – “Tesla”nın rəhbəri İlon Mask tədbir zamanı bildirib.
Avtomobilin əsas yeniliyi sıxılmış qaz buraxan və uçuş zamanı maşının vəziyyətini idarə etməyə imkan verən xüsusi sistemə malik olmasıdır.
Nümayiş zamanı avtomobil maneənin üzərindən uçaraq öz oxu ətrafında fırlanıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
26
baxış



