Azeri Light” bu gün də ucuzlaşdı

IMG_1011 Gündəm
10:51 Expressxeberler.az

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin (CIF) qiyməti ucuzlaşıb.

Expressxeberler.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 5,1 ABŞ dolları və ya 4,11 faiz azalaraq 119,04 ABŞ dollarına düşüb.

Qeyd edək ki, ötən gün Azərbaycan nefti 124,14 ABŞ dollarına satılıb.

Xatırladaq ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Builki dövlət büdcəsində Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları götürülüb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

25 baxış
Paylaş: