Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı
Gündəm
Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Expressxeberler.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü, İmişli rayon sakini Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı yük maşını yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb.
Nəticədə “Isuzu” markalı yük maşınında sərnişin olan, 1980-ci il təvəllüdlü, İmişli rayon sakini Taleh Cabbarov hadisə yerində həyatını itirib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
28
baxış



