Pedro Sançezə qarşı istintaq başladı

IMG_1013 Cəmiyyət
10:54 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, noyabrın 29-da keçiriləcək növbədənkənar parlament seçkiləri elan edildikdən bir gün sonra, oktyabrın 6-da Sançez Nazirlər Kabinetinin iclasından sonra mətbuat konfransı keçirib.

Əsas müxalifət partiyası olan sağçı Xalq Partiyası (PP) və “The Party Is Over” (SALF) hərəkatı Seçki Komissiyasına şikayət edərək Baş nazirin hökumət iqamətgahında faktiki olaraq seçki mitinqi keçirdiyini iddia ediblər.

Şikayəti əsaslı hesab edən Mərkəzi Seçki Komissiyası Sançezin çıxışının dövlət vəsaitlərindən seçki məqsədləri üçün istifadə kimi qiymətləndirilə biləcəyini açıqlayıb.

Dövlət rəsmilərinin seçki dövründə riayət etməli olduğu siyasi neytrallıq prinsipini pozmaqda ittiham olunan Baş nazir İspaniya qanunvericiliyinə əsasən 300-3 000 avro məbləğində cərimələnə bilər.

Xalq Partiyasından bildirilib ki, İspaniya Sosialist İşçi Partiyasının (PSOE) də lideri olan Pedro Sançez son altı seçki kampaniyası zamanı oxşar qayda pozuntularına görə ümumilikdə 6 600 avro cərimələnib. Həmçinin onun Ali Məhkəmə tərəfindən təsdiqlənmiş iki sanksiya ilə üzləşdiyi qeyd olunub.

Qeyd edək ki, adətən, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin qarşısına hökumətin sözçüsü çıxır. Lakin oktyabrın 6-da Sançez mətbuat konfransını şəxsən keçirərək jurnalistlərin növbədənkənar seçkilərlə bağlı suallarını cavablandırıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

31 baxış
Paylaş: