Hava limanında həyəcan: Çamadandan 37 canlı zəhərli ilan çıxdı

IMG_1192 Gündəm
22:22 Expressxeberler.az

Almaniya hava limanında şok: Çamadandan 92 canlı sürünən tapıldı

Almaniyanın Köln-Bonn hava limanında Meksikadan gələn 45 yaşlı sərnişinin çamadanından 37 canlı zəhərli ilan və 55 kərtənkələ aşkarlanıb.

Expressxeberler.az xəbər verir ki, hadisə təxminən üç həftə əvvəl baş verib. Meksikadan İstanbul üzərindən Kölnə gələn meksikalı sərnişin hava limanında “yaşıl dəhliz”dən keçmək istəyərkən gömrük əməkdaşlarının diqqətini çəkib. Onun əsəbi davranışı şübhələrə səbəb olub.

Gömrük əməkdaşları əvvəlcə sərnişinin narkotik daşıdığından şübhələniblər. Əlindən götürülən testdə kokain izləri aşkarlanandan sonra çamadanı ətraflı yoxlanılıb.

Yoxlama zamanı çamadanın içərisində corablarda, şampun və krem qablarında, eləcə də plastik qablarda gizlədilmiş 37 canlı zəhərli ilan və 55 kərtənkələ — ümumilikdə 92 sürünən tapılıb.

Məlumata görə, heyvanlar arasında gürzələr, zınqırovlu ilanlar, iquanalar və digər sürünənlər olub. Qeyri-insani şəraitdə daşınma səbəbindən onların təxminən 30-u yolda və ya hadisədən sonra tələf olub.

Köln Gömrük İdarəsinin sözçüsü Jens Ahland bildirib ki, gömrük əməkdaşları çamadanlarda müxtəlif suvenirlərlə qarşılaşmağa öyrəşsələr də, Meksikadan bu qədər canlı zəhərli ilan və kərtənkələnin gətirilməsi ilə əvvəllər rastlaşmayıblar.

Sərnişin heyvanları braziliyalı tanışına kömək etmək məqsədilə gətirdiyini deyib. Onun Almaniyaya girişinə icazə verilməyib və İstanbul istiqamətinə geri göndərilib. Sağ qalan heyvanların qayğısını isə Almaniyada fəaliyyət göstərən ilan təsərrüfatı öz üzərinə götürüb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

89 baxış
Paylaş: