Solğun görmək istəmir – Tramp makiyajından danışdı
Gündəm
ABŞ Prezidenti Donald Tramp üzünə makiyaj etdiyini açıqlayıb.
Expressxeberler.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, Amerika lideri bu barədə Corciya ştatında keçirilən mitinqdə danışıb.
Tramp bildirib ki, heç kimin köməyi olmadan üzünə şəxsən özü az miqdarda makiyaj edir.
ABŞ Prezidentinin sözlərinə görə, kosmetik vasitələrdən istifadə etmədikdə üzü həddindən artıq solğun görünür. O isə belə görünmək istəmədiyi üçün makiyajdan istifadə edir.
Qeyd edək ki, 2025-ci ilin avqustunda “The Independent” nəşri Donald Trampın sağ əlindəki göyərməyə diqqət çəkmişdi. Həmin iz Ağ Evdə, Oval kabinetdə fərmanların imzalanması zamanı görüntülənmişdi.
Tramp həmin vaxt əlindəki göyərməni tonal kremlə gizlətməmişdi.
Daha sonra ABŞ liderinin əlindəki iz Cənubi Koreya Prezidenti Li Ce Myonla görüşü zamanı da müşahidə olunmuşdu.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



