“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“

IMG_1183 Dünya
15:20 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Əməkdar artist Lalə Məmmədova boşanma ərəfəsində yaşadığı çətin günlərdən, övladlarından və şəxsi həyatından danışıb.

Müğənni bildirib ki, boşanma dövrü onun üçün ağır sınaq olub. O, həyatının həmin mərhələsində çətinliklərlə üzləşdiyini və yenidən ayağa qalxmağa çalışdığını deyib.

Lalə Məmmədova keçmiş həyat yoldaşı ilə övladları arasındakı münasibətlərə də toxunub. O, hər kəsin valideyn məsuliyyətini eyni şəkildə daşımadığını vurğulayıb:

“Valideynlik məsuliyyətdir. Hər valideyn ata, ana ola bilməz. Valideyn olub, amma ata olmayıb. Onu buraxdıq. Övladlarımın hər saatından xəbərdar olmaq istəyirəm. Mənə analıq hissi verilib, qarşımdakı insana bunu zorla verə bilmərəm”.

Sənətçi yenidən ailə qurmaq məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, övladları ikinci dəfə ailə qurmasını çox istəyirlər. Lakin müğənni bu barədə hələ qərar verməyib.

Lalə Məmmədova səhnə həyatının çətinliklərindən danışaraq tamaşaçı qarşısında daim özünü sübut etməli olduğunu qeyd edib. O, övladları ilə keyfiyyətli vaxt keçirməyin vacibliyini də xüsusi vurğulayıb.

Qeyd edək ki, Lalə Məmmədova keçmiş həyat yoldaşı İlham Qafarovdan 2013-cü ildə ayrılıb.

31 baxış
Paylaş: