Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür

IMG_1205 Dünya
11:19 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq, həmçinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir. Sənəd müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə belə bir sual daxil edilib: “Siz ‘Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında’ Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycanın Dövlət Himni təsdiqlənib. Himnin musiqisi Üzeyir Hacıbəyova, sözləri isə Əhməd Cavada məxsusdur. Daha sonra üçrəngli bayraq və üzərində alov olan səkkizguşəli ulduz təsvir edilmiş dövlət gerbi təsdiqlənib.

1992-ci ildən etibarən oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd olunub.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

87 baxış
Paylaş: