Bahalı brendlərin mağazalarını dağıtdılar

IMG_9073 Gündəm
20:10 Expressxeberler.az

Expressxeberler.az

Fransada oktyabrın 17-də keçirilən etiraz aksiyaları kütləvi iğtişaşlarla müşayiət olunub.

Expressxeberler.az xəbər verir ki, nümayişçilər iqtisadi böhranın həllini və sosial siyasətə yenidən baxılmasını tələb ediblər. Onlar qiymət artımlarına etiraz bildiriblər. Şagirdlər müəllim çatışmazlığına, sosial işçilər və məktəb psixoloqları üçün ştatların olmamasına etiraz ediblər.

Ölkə üzrə aksiyalarda 800 minə yaxın insanın iştirak etdiyi, azı 400 nəfərin saxlanıldığı bildirilir.

Etirazlar zamanı Paris, Lion və Marseldə polis ilə nümayişçilər arasında toqquşmalar baş verib. Bir sıra şəhərlərdə mağazalar qarət edilib, ticarət obyektlərinə ziyan vurulub.

Görüntülərdə lüks və orta seqmentə aid mağazaların şüşələrinin sındırıldığı, içəridəki məhsulların götürüldüyü əks olunub. Hadisələr zamanı “Celine”, “Louis Vuitton” (LV), “Dior”, “Cartier”, “Hermès”, “Lacoste” və “Chanel” kimi məşhur brendlərin mağazalarının da hədəfə alındığı bildirilir. Belə ki, insanlar mağazaların şüşələrini sındıraraq bahalı məhsulları götürüblər.

Fransa prezidenti Emmanuel Makron iğtişaşlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını açıqlayıb.

104 baxış
Paylaş: