“Progress MS-35” yük gəmisi BKS-ə göndərildi
Gündəm
Roskosmosun məlumatına görə, “Progress MS-35” yük gəmisini daşıyan “Soyuz-2.1b” raketi Baykonur kosmodromundan kosmosa buraxılıb.
Expressxəbərlər.az xəbər verir ki, yük gəmisi heyət və Beynəlxalq Kosmik Stansiyanın fəaliyyəti üçün zəruri olan yükləri BKS-ə çatdıracaq.
Qeyd edək ki, daha əvvəl Rusiya və ABŞ-ın BKS-dəki kosmik gəmilərinin 2028-ci ildən etibarən stansiyanın orbitdən çıxarılması prosesinə cəlb olunacağı bildirilmişdi.
35
baxış



