İlk dəfə vəfat edən oğlundan danışdı: Dedikləri hər kəsi kövrəltdi
Gündəm
Dünyaca məşhur model Sindi Krouford vəfat edən oğlu Presli Gerberlə bağlı ilk dəfə təsirli paylaşım edib.
Expressxeberler.az xəbər verir ki, supermodel sosial şəbəkə hesabında 27 yaşında həyatını itirən oğlunu duyğusal sözlərlə yad edib.
O, paylaşımında ailəsinin böyük kədər içində olduğunu bildirib:
“Sevimli oğlumuzu itirdiyimiz üçün dərin sarsıntı içindəyik, ürəyimiz parçalanıb. Preslinin 27 il ərzində həyatımızın bir parçası olmasına görə özümüzü xoşbəxt hiss edirik. O, işıqlı və gözəl bir ruha sahib idi. Bu dünyada mehriban və səmimi insan kimi tanındığı üçün onunla fəxr edirik.
Ailəmizi tanıyan və sevən insanların, eləcə də ağrımızı bölüşən, hətta bizi şəxsən tanımayan insanların göstərdiyi böyük sevgi və dəstəyə görə minnətdarıq. Yenidən görüşənədək, əziz balamız. Səni əbədi sevəcəyik. Anan, atan və Kayya”.
Qeyd edək ki, Sindi Kroufordun bu paylaşımı qısa müddətdə böyük diqqət çəkib və bir neçə saat ərzində 1 milyondan çox bəyənmə toplayıb.
Xatırladaq ki, sentyabrın 20-də Sindi Kroufordun iş adamı Rendi Gerberlə nikahından olan oğlu Presli Gerber Los-Ancelesdəki reabilitasiya mərkəzində vəfat edib. İlkin məlumatlara görə, onun ölümünə qadağan olunmuş maddələrin həddindən artıq qəbulu səbəb olub.



