Leyla Əliyeva onlarla üçtərəfli görüşündən – Fotolar

IMG_0657 Gündəm
13:30 Expressxeberler.az

Leyla Əliyeva, Oğulcahan Atabayeva və Saida Mirziyoyeva Aşqabadda görüşdülər

Expressxeberler.az xəbər verir ki, oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabadda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva arasında üçtərəfli görüş keçirilib.

Görüşdə Aşqabadda təşkil olunacaq MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin əhəmiyyəti, ekoloji məsələlər və humanitar əməkdaşlıq imkanları müzakirə olunub.

Oğulcahan Atabayeva sərginin ölkələri ortaq mənəvi-mədəni dəyərlər və sosial-humanitar məsələlərə oxşar yanaşmalar ətrafında birləşdirən mühüm tədbir olduğunu vurğulayıb. O, sərginin ətraf mühitin qorunması istiqamətində real addımlara töhfə verəcəyinə əminliyini ifadə edib.

Leyla Əliyeva birgə səylərlə mühüm ekoloji layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib. O, Xeyriyyə Fonduna səfəri zamanı uşaqlara göstərilən yüksək qayğının şahidi olduğunu xatırladaraq, sərginin xeyirxahlıq istiqamətində daha bir addım olacağını bildirib.

Saida Mirziyoyeva isə bu cür görüşlərin yeni imkanlar yaratdığını və insanlara qayğı göstərmək kimi ortaq məqsədləri gücləndirdiyini söyləyib. O, hər bir uşağın anasının yanında özünü təhlükəsiz hiss etməsinin, sevildiyini bilməsinin və hər zaman dinləniləcəyinə əmin olmasının vacibliyini vurğulayıb.

Ən son xəbərləri izləmək üçün Expressxeberler.az saytına daxil olun.

#LeylaƏliyeva #OğulcahanAtabayeva #SaidaMirziyoyeva #Aşqabad #Ekologiya #HumanitarƏməkdaşlıq #Expressxeberler #Expressxeberler.az

122 baxış
Paylaş: