İstanbuldakı leysan Azərbaycana gəlir?
Gündəm
İstanbuldakı leysan Azərbaycana da gəlir? – Ekoloqdan AÇIQLAMA
Türkiyədə güclü yağışların yaratdığı sel və subasmalar ciddi fəsadlara səbəb olub. İstanbul və Kocaelidə qeydə alınan hadisələrdən sonra oxşar hava şəraitinin Azərbaycanda da yaşana biləcəyi sualı gündəmə gəlib.
Expressxeberler.az xəbər verir ki, ekoloq Ənvər Əliyev Sfera.az-a açıqlamasında güclü yağıntıların yalnız Türkiyəyə xas olmadığını, geniş ərazilərə təsir göstərən planetar atmosfer prosesləri ilə əlaqəli olduğunu bildirib.
Onun sözlərinə görə, Türkiyədən Qafqaza, o cümlədən Azərbaycana qədər uzanan geniş ərazi bu proseslərin təsiri altında qala bilər.
Ekoloq qeyd edib ki, “Azor maksimumu” adlandırılan antisiklon və digər atmosfer prosesləri hava şəraitinə birbaşa təsir göstərir.
Ənvər Əliyevin sözlərinə görə, bu proseslər İspaniya, Portuqaliya, Türkiyə, Qafqaz və ətraf ərazilərdə müxtəlif hava hadisələrinə səbəb ola bilər. Lakin ölkələrin iqlim xüsusiyyətləri fərqli olduğundan, belə hadisələrin nə vaxt və hansı intensivlikdə baş verəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək çətindir.
O vurğulayıb ki, mümkün iqlim dəyişikliklərinə hazır olmaq, ölkənin bütün ərazilərində görülən tədbirləri iqlim göstəricilərinə uyğunlaşdırmaq vacibdir.
Beləliklə, Türkiyədə müşahidə olunan güclü yağışların Azərbaycanda da eyni formada təkrarlanacağına dair dəqiq proqnoz yoxdur.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#İstanbul #Türkiyə #Azərbaycan #Leysan #Sel #Yağıntı #İqlim #HavaŞəraiti #Expressxeberler #Expressxeberler.az



