Sürücülərin nəzərinə: Abşeronda bu yol tam bağlanacaq

IMG_1224 Gündəm
21:48 Expressxeberler.az

Oktyabrın 21-i saat 08:00-dan etibarən Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir işləri aparılacaq.

Expressxeberler.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

58 baxış
Paylaş: