Ərinə gülümsəyib onu öpdü: Ağ evdə diqqət çəkən görüntü

IMG_1229 Dünya
21:48 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp qadın sağlamlığına həsr olunmuş tədbirdə zərif geyimi və həyat yoldaşı Donald Trampla səmimi görüntüləri ilə diqqət çəkib.

Vaşinqtonda, Ağ Evin Gül bağında keçirilən tədbirdə qadın sağlamlığı sahəsində tədqiqatların inkişaf etdirilməsi təşəbbüsü irəli sürülüb.

Melaniya Tramp qara düyməli, ikiqat döşlü gödəkçə və dizdən aşağı ətəkdən ibarət qara-ağ kostyum seçib. O, görünüşünü buruq saç düzümü, göz makiyajı, çəhrayı dodaq boyası və zərif aksessuarlarla tamamlayıb.

Donald Tramp isə tünd göy kostyum, ağ köynək və qırmızı naxışlı qalstukla tədbirə qatılıb.

Görüş zamanı cütlüyün bir-birinə gülümsəməsi, yanaşı əyləşməsi və öpüşməsi fotoqrafların diqqətindən yayınmayıb.

Qeyd edək ki, bu görüntülər onların evliliyi ilə bağlı yayılan ayrılıq şayiələri fonunda ortaya çıxıb. Bununla belə, boşanma və ya xəyanət iddialarını təsdiqləyən hər hansı məlumat yoxdur.

Ən son xəbərləri Expressxeberler.az saytından izləyin.

#MelaniyaTramp #DonaldTramp #ABŞ #AğEv #DünyaXəbərləri #Expressxeberler #Expressxeberler.az

275 baxış
Paylaş: