Bakıda adı qızıl və məhəbbətdən yaranan küçə

IMG_1228 Cəmiyyət
21:51 Expressxeberler.az

Bakının küçələrindən hər gün minlərlə insan keçir. Kimisi işə tələsir, kimisi evinə qayıdır, kimisi də hansısa ünvanı axtarır. Ancaq çoxumuz ayaq basdığımız küçələrin hansı tarixə şahidlik etdiyini, adlarının haradan gəldiyini bilmirik.

Paytaxtda elə küçələr var ki, adları məşhur şəxsiyyətlərin xatirəsini yaşadır. Elə küçələr də var ki, adları bir zamanlar həmin ərazidə yaşayan insanların peşələri, adət-ənənələri və həyat tərzi ilə bağlıdır. Bakının ən maraqlı və qeyri-adi küçə adlarından biri də Zərgərpalandır.

Bu adı ilk dəfə eşidənlər üçün söz bir qədər qəribə səslənə bilər. “Zərgər” sözünün mənası məlumdur. Bəs “palan” nə deməkdir? Bu iki söz necə birləşib? Bakının mərkəzindəki küçələrdən biri niyə məhz belə adlandırılıb?

Ən maraqlısı isə budur ki, Zərgərpalan küçəsinin tarixi ilə bağlı qızıl-gümüş ustaları, unudulmuş sənətkarlıq ənənələri, qədim hamam və bir zərgərin həyat yoldaşına olan məhəbbəti ilə bağlı rəvayət dolaşır.

Bu küçənin adı Bakının keçmişinə açılan qapı olmaqla yanaşı, şəhərin yaddaşında yaşayan sənətkarlıq ənənələrini və maraqlı əhvalatları da xatırladır.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

144 baxış
Paylaş: