Naxçıvanda ağır qəza oldu – Ölən və xeyli sayda yaralı var
Gündəm
Culfa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Expressxeberler.az xəbər verir ki, qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə baş verən hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Qəza zamanı 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu həyatını itirib.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
144
baxış



