Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

IMG_1238 Gündəm
09:57 Expressxeberler.az

Bakıda yaşayış binasında yanğın baş verdi – Sakinlər təxliyə olundu

Bakının Xəzər rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.

Expressxeberler.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində 9 kvadratmetr sahədə yanma qeydə alınıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə ediliblər.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

174 baxış
Paylaş: