“Manifest”in qurucusunun 3 ilədək həbsi istənilir
Gündəm
Expressxeberler.az xəbər verir ki, Akışın “ədəbsizlik” ittihamı ilə 6 aydan 3 ilədək həbs cəzasına məhkum edilməsi tələb olunub.
Son zamanlar Tolqa Akışın adı “Manifest” qrupu ilə yollarını bir il əvvəl ayıran fotoqraf Mesut Adlinin iddiaları ilə gündəmə gəlib.
Adlin “YouTube” platformasında yayımladığı təxminən 15 dəqiqəlik videoda qrupun fəaliyyət sistemi, üzvlərlə bağlanan müqavilələr, gəlirlərin bölüşdürülməsi və onların şəxsi həyatı ilə bağlı bir sıra iddialar səsləndirib.
Fotoqraf iddia edib ki, qrup üzvləri ilə 10 illik müqavilələr imzalanıb, “Spotify” və “YouTube” platformalarından əldə olunan gəlirlərin hamısı Tolqa Akışa verilib. Onun sözlərinə görə, üzvlər konsert gəlirlərindən cəmi 10 faiz pay alıblar.
Adlin, həmçinin Tolqa Akışın “Manifest” üzvlərinin şəxsi həyatına müdaxilə etdiyini də iddia edib.
Sözügedən iddialardan sonra fotoqraf Tolqa Akış barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Hadisələrin ardından Mesut Adlin saxlanılsa da, sonradan sərbəst buraxılıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



