Belə şərəfsizlərə ölüm cəzası verin”

IMG_1253 Gündəm
18:34 Expressxeberler.az

Xalq artisti Brilliant Dadaşova Bakıda taksi sürücüsünün 11-ci sinif şagirdi olan oğlana qarşı cinsi zorakılıq etməsi ilə bağlı iddialara münasibət bildirib.

Expressxeberler.az xəbər verir ki, müğənni hadisədə adı hallanan şəxsin ciddi şəkildə cəzalandırılmasını istəyib.

“Belə şərəfsizlərə ölüm cəzası verin, yaşamasın! Yaşayıb nə edəcək? Xərçəng xəstəliyinin dərmanını icad edəcək? Cəmiyyətdən ömürlük uzaqlaşdırın. Xahiş edirəm”, – deyə Brilliant Dadaşova bildirib.

Qeyd edək ki, yayılan iddiaya görə, 256 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü Çərkəz Hüseynoğlu məktəbliyə qarşı seksual xarakterli hərəkətlər edib. Hadisə ilə bağlı məktəblinin bacısı sosial şəbəkədə video müraciət yayımlayıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

297 baxış
Paylaş: