Bakıda kütləvi dava: Qətlə yetirilən Ceyhun KİMDİR? -FOTOLAR
Gündəm
Bakıda ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatı məlum olub.
Expressxeberler.az-in Oxu.Az-a istinadən məlumatına görə, davaya səbəb biznes münasibətlərində yaranmış mübahisə mübahisə olub. Dəhşətli cinayətdə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Hadisədən sonra onun könüllü qaydada polisə təslim olduğu deyilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olan Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində reabilitasiya mərkəzi işlədirlərmiş.
Hazırda davanın digər iştirakçılarının saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, baş verən kütləvi davada bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.
Bakıda kafelərdən birində kütləvi davada ölən şəxsin kimliyi bəlli olub.
O, “Ceyhun Sabunçu” kimi tanınır.





