83 yaşlı nənə toyundan əvvəl əməliyyat olundu
Cəmiyyət
83 yaşlı qadın toyuna hazırlaşarkən xərçəngdən əməliyyat olundu
Rusiyanın paytaxtı Moskvada toyuna hazırlaşan 83 yaşlı qadın xərçəng xəstəliyinə görə uğurlu əməliyyat keçirib.
Expressxeberler.az xəbər verir ki, bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yaşlı qadın aktiv həyat tərzi keçirir, mütəmadi idmanla məşğul olur və uzun məsafələri piyada qət edir.
Lakin toy mərasiminə az qalmış onun düz bağırsağında bədxassəli şiş aşkarlanıb. Həkimlər təcili əməliyyatın vacib olduğunu bildiriblər.
Belə hallarda bəzi xəstələrə müvəqqəti stoma qoyulması tələb oluna bilər. Bu prosedur zamanı bağırsağın çıxışı qarın divarına yönəldilir və nəcis xüsusi torbada toplanır.
Ancaq 83 yaşlı qadın qarşıdan gələn toyuna görə stoma qoyulmasını istəməyib. Həkimlər isə alternativ üsula üstünlük verərək azinvaziv əməliyyat həyata keçiriblər. Nəticədə bədxassəli toxumalar xaric edilib və qadına stoma qoyulmasına ehtiyac qalmayıb.
Əməliyyatdan sonra vəziyyəti yaxşı olan qadın evə buraxılıb. O, göstərdikləri qayğıya görə həkimlərə təşəkkür edib və onu yenidən həyata bağlayan cərrahları toyuna dəvət edəcəyinə söz verib.
Ən maraqlı və son xəbərləri oxumaq üçün Expressxeberler.az saytını izləyin.
#Moskva #Xərçəng #Həkimlər #Əməliyyat #MaraqlıXəbər #Expressxeberler #Expressxeberler.az



