Sevginin sözə və musiqiyə çevrildiyi an – Xumardan yeni mahnı
Gündəm
Expressxeberler.az xəbər verir ki, hər layihəsi ilə seçilən və təqdim etdiyi işlərə xüsusi yanaşması ilə diqqət çəkən Əməkdar artist Xumar Qədimova “Sevgi mənəm” adlı yeni mahnısını və klipini dinləyicilərin ixtiyarına verib.
Zəlimxan Yaqubun könüllərə toxunan misralarına Xumar Qədimova öz bəstəsi ilə yeni nəfəs verib. Natiq Novruzovun rejissorluğu ilə ərsəyə gələn klip Bakının məkanlarından birində lentə alınıb. Gül-çiçək içində çəkilən və rəngarəng görüntüləri ilə seçilən ekran işi mahnının romantik ovqatını tamamlayıb.
“Gül sənin nəyinə gərək, gülüm? Öpən dodağı yox, oxşayan əli… Gəl, güldə, çiçəkdə özümüz olaq. Sən bir az ağıllı, mən bir az dəli…” misralarının yer aldığı mahnıya Xumar Qədimova özünəməxsus ifası və duyğulu təqdimatı ilə xüsusi rəng qatıb.
Müğənninin səhnə obrazı üzərində Azazello və Pərviz Mirzəyev çalışıblar. Onun makiyajı və saç düzümü isə Pərviz Mirzəyev tərəfindən hazırlanıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



