Sabahdan hava kəskin DƏYİŞƏCƏK-LEYSAN YAĞACAQ
Cəmiyyət
Sabah Bakıda yağış, rayonlarda leysan və qar gözlənilir
Expressxeberler.az xəbər verir ki, oktyabrın 25-də Azərbaycanda yağışlı hava şəraiti müşahidə olunacaq.
Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə isə qısamüddətli leysan və şimşək olacağı ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 15-17, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntılar intensivləşə, şimşək çaxa və dolu düşə bilər. Yüksək dağlıq ərazilərdə qar yağacağı, şərq rayonlarında isə yağıntıların bir qədər güclənəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək.
Rayonlarda havanın temperaturu gecə 13-16, gündüz 17-21 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2-6, gündüz 8-13 dərəcə isti gözlənilir.
Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün hər gün Expressxeberler.az saytını izləyin.
#Hava #HavaProqnozu #Yağış #Leysan #Bakı #Azərbaycan #Expressxeberler #Expressxeberler.az



