Sumqayıtda məşhur restoranda YANĞIN – FOTOLAR

Screenshot Gündəm
Screenshot
01:14 Expressxeberler.az

Sumqayıtda yerləşən məşhur “Regnum” restoranında yanğın hadisəsi qeydə alınıb.

Expressxeberler.az xəbər verir ki, hadisə restoranın manqal zonasında baş verib. Manqalın bacasında yaranan tüstülənmə və alovlanma ərazidə narahatlıq yaradıb.

Məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb və vəziyyət nəzarətə götürülüb.

Hadisə ilə bağlı əlavə məlumat yoxdur.

Screenshot
Screenshot
Screenshot

#Sumqayıt #Regnum #Yanğın #FHN #Expressxeberler #Expressxeberler.az

374 baxış
Paylaş: