Nadir İsmayılov VƏFAT ETDİ-FOTO

IMG_1438 Cəmiyyət
15:15 Expressxeberler.az

 

Nadir İsmaylov vəfat etdi

Expressxeberler.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) “Ədəbiyyat və kitabxanaçılıq” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılov vəfat edib.

Onun ölüm səbəbi barədə məlumat açıqlanmayıb.

1960-cı ildə anadan olan Nadir İsmayılov 1981–1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. O, əmək fəaliyyətinə 1977-ci ildə başlayıb, müxtəlif təhsil müəssisələrində müəllim və məktəb direktoru kimi çalışıb.

Nadir İsmayılov 1996–2007-ci illərdə Naxçıvan Dövlət Universitetində Ədəbiyyat kabinetinin müdiri olub. 2007-ci ildən müəllim, 2010-cu ildən isə baş müəllim vəzifəsində fəaliyyət göstərib.

Uzun illər pedaqoji sahədə çalışan Nadir İsmayılov gənc nəslin təlim-tərbiyəsinə və universitetin elmi-pedaqoji fəaliyyətinə töhfələr verib.

Allah rəhmət eləsin!

#Nadirİsmayılov #Naxçıvan #NDU #vəfat #Expressxeberler #Expressxeberler.az

1. 298 baxış
Paylaş: