“Müctəba Xamenei də seçkidə mənə səs verəcək” – Netanyahu
Dünya
Expressxeberler.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu sosial şəbəkə hesablarında süni intellekt vasitəsilə hazırlanmış video paylaşıb.
Videoda İranın Ali rəhbəri Müctəba Xameneinin xəstəxana çarpayısında uzanmış obrazı yaradılıb. Süni intellektlə hazırlanmış görüntüdə o, İsraildə keçiriləcək seçkilərdə Netanyahuya səs verəcəyini bildirir.
Kadrlarda bir müxbir Xameneinin obrazına yaxınlaşaraq seçkilərdə kimə səs verəcəyini soruşur. Süni intellektlə yaradılmış obraz isə belə cavab verir: “Mən Bibiyə (Netanyahu) səs verəcəyəm. Bu nə sualdır belə?”
Netanyahu videoya şərhində “Hətta Müctəba da bilir; İranı yalnız “Likud” dayandıra bilər” ifadəsini yazıb.
Video Baş nazirin seçki təbliğatı çərçivəsində yayımlanıb. Görüntülərin sonunda “Likud” Partiyasının “Seçki məntəqələrinə gedirik, səs veririk və qalib gəlirik” məzmunlu şüarı yer alır.
Qeyd edək ki, videoda Müctəba Xameneinin səsləndirdiyi fikirlər süni intellektlə yaradılmış məzmunun bir hissəsidir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Netanyahu #MüctəbaXamenei #İsrail #İran #Süniİntellekt #VİDEO #Expressxeberler #Expressxeberler.az



