Əkrəm Həsənovdan xəbərdarlıq: “Azərbaycanı ağır illər gözləyir”

IMG_1315 Gündəm
20:24 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, ekspert əvvəlki illərlə indiki dövrü müqayisə edərək bildirib ki, əsas fərqlərdən biri insanların xərcləmə vərdişləri ilə bağlıdır.

Onun sözlərinə görə, əvvəllər iş tapmaq çətin olsa da, insanlar gündəlik xərclərinə qənaət etməyə çalışırdılar. Ekspert öz təcrübəsindən danışaraq yol puluna qənaət etmək üçün bəzən metrodan evinə qədər 30-40 dəqiqə piyada getdiyini, məktəb illərində aldığı dəri gödəkçəni isə tələbəlik dövründə də geyindiyini qeyd edib.

Ə. Həsənov bildirib ki, hazırda bəzi insanlar geyim və telefonlarını tez-tez dəyişməyə, eləcə də zəruri olmayan alış-verişlərə daha çox pul xərcləməyə meyillidirlər.

Ekspertin fikrincə, maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün ilk növbədə xərcləri nəzarətdə saxlamaq və ehtiyat vəsait toplamaq lazımdır.

O, alış-veriş zamanı insanlara özlərinə bu sualı verməyi tövsiyə edib: alınan məhsul həqiqətən lazımdır, yoxsa sadəcə başqalarında görüldüyünə və ya reklamda təqdim edildiyinə görə alınır?

Ekspert vurğulayıb ki, qənaət hesabına toplanan vəsait böyük imkanlar yaratmasa belə, gəlirsiz qalan dövrdə ailənin gündəlik ehtiyaclarını qarşılamağa kömək edə bilər.

Ə. Həsənov qarşıdakı illərlə bağlı da ehtiyatlı olmağı məsləhət görüb. Onun fikrincə, gəlir və yığım məsələsində bədxərcliyə yol verməmək, maliyyə planlamasına ciddi yanaşmaq vacibdir.

Pul yığımı ilə bağlı tövsiyələrini bölüşən ekspert imkan daxilində ən azı altı aylıq xərcləri qarşılaya biləcək ehtiyat yaratmağın vəsaitin bir hissəsini milli valyutada saxlamağın, əlavə yığım olduqda isə valyuta risklərini nəzərə almağın məqsədəuyğun olduğunu bildirib.

Qeyd edək ki, ekspertin iqtisadi vəziyyətlə bağlı fikirləri onun şəxsi qiymətləndirməsidir və qarşıdakı dövrün iqtisadi mənzərəsi müxtəlif amillərdən asılı olacaq.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

31 baxış
Paylaş: