Bakıda avtobus zolaqları ilə bağlı YENİLİK
Cəmiyyət
Bakıda avtobusların hərəkətinin sürətləndirilməsi və qrafikə uyğun fəaliyyətinin təmin edilməsi üçün yeni xüsusi zolaqların yaradılması istiqamətində işlər davam etdirilir.
Expressxeberler.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ictimai nəqliyyatın tıxaclarda qalması və ləngiməsi marşrutlar üzrə hərəkət intervallarının pozulmasına səbəb olur. Bu problemin qarşısını almaq məqsədilə avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil edilir.
Qeyd olunub ki, hazırda Bakı şəhərində 43 küçə və prospektdə ümumi uzunluğu 117 kilometrə yaxın xüsusi avtobus zolağı yaradılıb.
AYNA-dan bildirilib ki, sərnişinlərin rahat və vaxtında mənzil başına çatması üçün bir sıra ərazilərdə yeni avtobus zolaqları təşkil edilib. Xüsusilə metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq Abdulla Şaiq, Mirzəağa Əliyev və Şıxəli Qurbanov küçələrində, eləcə də avtobusların Bakı-Sumqayıt yoluna maneəsiz çıxışını təmin etmək üçün metronun “Avtovağzal” stansiyasının qarşısında müvafiq zolaqlar salınıb.
Agentlikdən əlavə edilib ki, yeni avtobus zolaqlarının yaradılması ilə bağlı təhlillər davam etdirilir.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



