26 yaşında 22 uşağı var-HƏDƏF 100-dür

Screenshot Cəmiyyət
Screenshot
12:31 Expressxeberler.az

26 yaşında 22 uşaq anasıdır, hədəfi isə 105 uşaqdır!

Expressxeberler.az xəbər verir ki, Gürcüstanda yaşayan 26 yaşlı rusiyalı Kristina Öztürk varlı həyat yoldaşı Qaliblə birlikdə 100-dən çox uşaqlı ailə qurmağı arzulayır.

Hazırda cütlüyün 22 övladı var. Uşaqların əksəriyyəti surroqat analıq yolu ilə dünyaya gəlib. Bu məqsədlə ər-arvadın 200 min dollardan çox vəsait xərclədiyi bildirilir.

Böyük ailə planı sosial şəbəkələrdə müzakirələrə səbəb olsa da, cütlük uşaqların qayğısız böyüməsi üçün evdə dayələrdən ibarət böyük komandanın çalışdığını deyir. Onlar hər bir övlada fərdi sevgi və diqqət göstəriləcəyini vurğulayırlar.

Kristinanın qarşısına qoyduğu məqsəd isə daha böyükdür: 105 uşaq! O, bu arzusunu həyata keçirməkdən vaz keçmək niyyətində deyil.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#KristinaÖztürk #Ailə #Uşaqlar #SurroqatAnalıq #DünyaXəbərləri #Expressxeberler #Expressxeberler.az

31 baxış
Paylaş: