Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama

IMG_1277 Səhiyyə
13:19 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Bakıda məktəblinin ölümü ilə nəticələnən hadisə ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 28-də Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi məktəbin 4-cü mərtəbəsindən yıxılıb. Şagird aldığı xəsarətlər nəticəsində həyatını itirib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırma çərçivəsində müəyyənləşdiriləcək.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

27 baxış
Paylaş: