Ukrayna zərbələri: “Ozon”a vurulan ziyan açıqlandı

IMG_1280 Siyasət
13:22 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Rusiyanın “Ozon” şirkətinin obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumlar nəticəsində 30,1 milyard rubl məbləğində ziyan qeydə alınıb.

Şirkətin rəsmi saytında dərc olunan maliyyə hesabatına əsasən, bu ilin avqust ayından etibarən PUA zərbələri nəticəsində “Ozon”a məxsus 11 logistik obyektdə müxtəlif miqyaslı yanğınlar baş verib.

Hadisələrlə əlaqədar şirkət 2026-cı ilin üçüncü rübünün maliyyə hesabatında ümumilikdə 30,1 milyard rubl məbləğində təxmini zərər ehtiyatı qeydə alıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

4 baxış
Paylaş: