Məktəbdə faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü-FOTO

IMG_1936 Gündəm
11:31 Expressxeberler.az

Bakıda məktəb faciəsi: 7-ci sinif şagirdi 4-cü mərtəbədən yıxılaraq öldü

Expressxeberler.az xəbər verir ki, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə faciəvi hadisə baş verib.

Oktyabrın 28-də məktəbin VII sinif şagirdi G. Dadaşova binanın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb.

Screenshot

Hadisədən dərhal sonra məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb. Lakin şagird aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib.

Məlumata görə, hadisə ilə bağlı şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb və araşdırmalara başlanılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Bakı #Yasamal #225nömrəlməktəb #məktəbli #hadisə #Expressxeberler #Expressxeberler.az

509 baxış
Paylaş: