Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının-Siyahısı

IMG_1369 Səhiyyə
10:36 Expressxeberler.az

14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzası şərti hesab olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlaklarının müsadirə edildiyi bildirilir.

Expressxeberler.az xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorundakı paylar yer alır.

Torpaq sahələri və üzüm bağları

Müsadirə olunan əmlaklar sırasında Novxanıda yerləşən üzüm bağları, Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpağı, Novxanıda 155 hektar və Xınalıq kəndində 50 hektar torpaq sahəsi qeyd olunur.

Ailə üzvlərinin adına olan torpaqlar

Siyahıda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot, qızı Kamilə Əliyevanın adına isə 240 sot torpaq sahəsinin olduğu bildirilir.

Şirkətlər və media fəaliyyəti

Əmlaklar arasında 2008-ci ildə Bakıda qeydiyyatdan keçən “Digital Media” MMC də yer alır. Şirkət “Media FM” radiostansiyasının sahibidir. Ramiz Mehdiyevin nəvəsi Nigar Mehdiyevanın da şirkətdə payı olduğu qeyd edilir.

Daşınmaz əmlak və kommersiya obyektləri

Siyahıya İstiqlaliyyət küçəsi, 11 ünvanında Kamilə Əliyevaya məxsus mənzil daxildir. Həmin ünvan “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanı kimi göstərilir.

Bundan başqa, Dilarə Əliyeva küçəsi, 251A ünvanındakı obyektlər, “Topaz” və “Qala-R.L.” mənzil-tikinti kooperativləri, NLT MMC və “Premium Store” MMC də siyahıda yer alır.

Ticarət mərkəzləri və digər şirkətlər

Müsadirə olunan əmlaklar sırasında NLT, “Servis”, “Grand Palace”, “Astoriya”, eləcə də “Astoriya Tibb Mərkəzi” MMC göstərilir. Sonuncunun 2020-ci ildən “German Hospital” adı ilə fəaliyyət göstərdiyi bildirilir.

Siyahıda 2014-cü ildə açılan, sahəsi 5 min kvadratmetrdən çox olan “Qrandezza Ticarət Mərkəzi” MMC, həmçinin “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar da qeyd olunur.

Bank və investisiya şirkətləri

Əmlaklar arasında “BTB” ASC, “BTB Lizinq” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC də var.

Məlumata görə, “BTB” ASC-nin nizamnamə kapitalı 50 milyon manatdır və səhmlərinin 75 faizi Ramiz Mehdiyevin nəvəsinə məxsusdur.

Nəşriyyat və yaşayış binaları

Siyahıda “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yer alır.

Bundan əlavə, Xətai rayonu, Əhmədli qəsəbəsində nəşriyyatın ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası və yaxınlıqda yerləşən digər 16 mərtəbəli bina da qeyd olunur.

Villalar və bağ evləri

Müsadirə olunan əmlaklar sırasında Bakının Tbilisi prospektində yerləşən, 36 sot ərazini əhatə edən villa da var. Həmin villanın satış qiymətinin 8 milyon dollar olduğu bildirilir.

Bundan başqa, Göyçay, Şamaxı və Göygöl rayonlarında yerləşən bağ evlərinin də siyahıya daxil edildiyi qeyd olunur.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

147 baxış
Paylaş: