Rusiya qitələrarası ballistik raketin sınağını keçirdi
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, Rusiyanın “Generalissimus Suvorov” nüvə sualtı qayığı Oxot dənizində “Bulava” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, buraxılış döyüş hazırlığı planına uyğun olaraq icra edilib.
Nazirlik bildirib ki, raketin döyüş başlıqları müəyyən edilmiş vaxtda sınaq poliqonunun nəzərdə tutulan ərazisinə çatıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
33
baxış



