Robert Fiko xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv etdi

6aad211002e8bd69692e7704 Səhiyyə
15:28 Expressxeberler.az

Slovakiyanın Baş naziri Robert Fiko xəstələndiyi üçün Ukraynaya planlaşdırılan səfərini ləğv edib.

Expressxeberler.az xəbər verir ki, bu barədə Slovakiyanın TASR xəbər agentliyi məlumat yayıb.

Agentliyin yaydığı açıqlamada Fikonun səhhəti ilə əlaqədar Ukraynaya nəzərdə tutulan səfərin baş tutmayacağı bildirilib.

Məlumata görə, Slovakiyanı sammitdə Baş nazirin əvəzinə Xarici İşlər Nazirliyinin dövlət katibi Marek Esztok təmsil edəcək.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç daha əvvəl Ukraynaya Prezident Volodimir Zelenskinin dəvəti ilə gəldiyini açıqlayıb.

Instagram səhifəmizə abunə olun
Paylaş: