Seçkinin ilkin nəticəsi: Netanyahu irəlidədir

IMG_1273 Siyasət
13:15 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, İsraildə keçirilən parlament seçkilərində səslərin sayılması davam edir. Bülletenlərin 76,8 faizi hesablandıqdan sonra Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 54 mandat, Ayzenkot bloku 47 mandat, ərəb partiyaları isə 19 mandat əldə edib.

Nəticələrə əsasən, 120 yerlik Knessetdə hökumət qurmaq üçün tələb olunan 61 mandatı hələlik heç bir blok qazana bilməyib. Bu isə yeni hökumətin formalaşdırılması prosesini çətinləşdirə bilər.

Qeyd edək ki, İsraildə parlament seçkiləri oktyabrın 27-də keçirilib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

6 baxış
Paylaş: