Sarıgüldən Yeni Partiya qərarı: Üzvlüyünü dayandırır…

IMG_1281 Cəmiyyət
13:24 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Türkiyənin Yeni Partiyasından olan Ərzincan millət vəkili Mustafa Sarıgül özü və ailəsi ilə bağlı istintaq başa çatana qədər partiya üzvlüyünü dayandırmaq qərarına gəlib.

Sarıgül bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, istintaq səbəbindən partiyasının mübahisələrin mərkəzinə düşməməsi üçün üzvlüyünün müvəqqəti dayandırılması ilə bağlı səlahiyyətli orqanlara müraciət edəcək.

Qeyd edək ki, Mustafa Sarıgül və ailə üzvləri çirkli pulların yuyulması və hədə-qorxu gəlməkdə ittiham olunurlar. İstintaqın nəticəsi barədə hələlik məlumat verilməyib. İttihamlar məhkəmədə sübuta yetirilməyənədək təqsirsizlik prezumpsiyası qüvvədədir.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

15 baxış
Paylaş: