100 nəfərlik məclisdə atışma oldu – 9 yaralı var
Dünya
ABŞ-də əyləncə mərasimində atışma: 9 nəfər yaralandı
Expressxeberler.az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatının Tulare dairəsində keçirilən əyləncə mərasimində atışma baş verib. Hadisə nəticəsində 9 nəfər yaralanıb.
Hadisə şənbə günü axşam saatlarında Stratmor şəhərindəki özəl mərasimdə qeydə alınıb. Tədbirdə təxminən 100 nəfər iştirak edib.
İlkin məlumata görə, yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır və zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#ABŞ #Atışma #Kaliforniya #Expressxeberler.az
3
baxış



